Fotoqraf Qubadlının bu kəndinin görüntülərində babasının evini tapdı – VİDEO


Azərbaycanlı fotoqraf Zeynal Məmmədli işğaldan azad olunan Qubadlı rayon Çaytumas kəndinin yayımlanan görüntülərində babasının evini tapıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə fotoqraf sosial şəbəkədə məlumat verib. O bildirib ki, atası üçün həmin evi yenidən tikib hədiyyə edəcək: “İşarələn ev mənim dədə-baba evimdir. Bir neçə gün öncə çəkilmiş son vəziyyətidir. Hər bir övlad üçün fəxr hissidir ki, ata üçün gözəl bir həyət evi tiksin və hədiyyə etsin. Qismət elə həmin məkan olacaq. Gec olsun, güc olsun. Babamın qəbrini də ziyarət etmək nəsib olacaq”.

DİGƏR XƏBƏRLƏR

Top