Ağstafada azyaşlını maşın vurub öldürdü


Ağstafada azyaşlını avtomobil vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, noyabrın 10-da saat 18 radələrində rayonun Zəlimxan kənd sakini 11 yaşlı A.Alızadə evlərinin qarşısında atasına məxsus “VAZ-2106” markalı avtomobili arxaya idarə edərkən həmkəndlisi, səkkiz yaşlı Hüseyn Abadovu vurub. Nəticədə uşaq hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top