Şəhid polkovnikin oğlu: “Atam ən çox Şuşanı görmək istəyirdi” - VİDEO


“Bizim sevincimizin əsas səbəbi öz canlarından keçərək şəhid olan əsgərlərimizidir. Biz hər birimiz onlarla fəxr edirik. Onlar bizim qürur mənbəyimizdir”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Tovuz döyüşlərində şəhid olan polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev deyib.
“Atama Qarabağı görmək qismət omasa da, mən bilirəm ki, o, bunu duydu və hiss etdi. Atamın son yazışmalarını oxuyurdum. Yazmışdı ki, kaş Qarabağı azad görəydik, oradan qaçqın kimi gələnlər, yenidən sevincli halda geri qayıtsınlar.  Atam ən çox Şuşanı görmək istəyirdi. Şuşa alındı, Qarabağ alındı, onun arzusu yerinə yetdi. Zabit və əsgərlərimiz onun qisasını aldılar”, - deyə E.Mirzəyev qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top