Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Quru Qoşunları Komandiri Ümid Dündar və Hava Qüvvələri Komandiri Həsən Küçükakyüz Azərbaycan Müdafiə Nazirliyini ziyarət edib.
Yeniavaz.com xəbər verir ki, məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin tvitter səhifəsində paylaşılıb. Türkiyə rəsmiləri Qarabağda qazanılan qələbə münasibətilə Azərbaycanın Müdafiə Nazirliyində təşkil olunmuş mərasimdə iştirak ediblər. Türkiyə Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycanın Müdafiə naziri general polkovnik Zakir Həsənov Qarabağda qazanılan qələbəni qucaqlaşaraq qeyd ediblər.
Hulusi Akar Azərbaycanın qələbəsini belə qiymətləndirib: “Əldə edilən nəticə bizi son dərəcə xoşbəxt etdi. Bu əməliyyat bir oyanışdır. Azərbaycan Ordusu gücünü bütün dünyaya göstərdi. Azərbaycan tarixində qızıl hərflərlə yazılacaq bir müvəffəqiyyət əldə etmisiniz".