Güclü qara görə Türkiyənin 19 əyalətində məktəblər bağlanıb

Güclü qara görə, Türkiyənin 19 əyalətində məktəblər bir günlüyə bağlanıb. "Haber7" xəbər verir ki, bununla bağlı Ankara valiliyi açıqlama yayıb. Məlumata görə, dekabrın 29-da Ankara, Bursa, Eskişehir, Uşak, Bilecik, Kütahya, Çankırı, Sinop, Afyonkarahisar, Manisa, Balıkesir, Denizli, Burdur, Kırşehir, Konya, Yozgat, Bolu, Isparta və Karamandakı məktəblər işləməyəcək. Eyni zamanda, əlil və hamilə məmurlara da bir günlük icazə verilib.Report

DİGƏR XƏBƏRLƏR

Top