Azərbaycan millisinin futbolçusu Türkiyə kubokunda növbəti oyununu keçirəcək

Azərbaycan millisinin futbolçusu Deniz Yılmazın çıxış etdiyi "Bursaspor" klubu Türkiyə Kubokunun qrup mərhələsində bu gün növbəti oyununu keçirəcək. Rəqib II Liqada mübarizə aparan "Aydınspor 1923" komandası olacaq. Artıq Bursa təmsilçisi oyuna hazırlıqları başa vurub. Baş məşqçi Hamza Hamzaoğlunun rəhbərliyi altında keçirilən son məşq mətbuat üçün qapalı olub. Yerli mətbuat "Bursaspor"un oyun üçün 18-liyini dərc edib. Siyahıda millinin hücumçusu Deniz Yılmaz da yer alıb. "Bursaspor"un ev sahibi olacağı oyun Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Qeyd edək ki, kubokun növbəti oyunu yanvarın 18-də keçiriləcək. Həmin qarşılaşmada rəqib "Akhisar" olacaq.Report

DİGƏR XƏBƏRLƏR

Top