Saakaşvili: "Hər hansı vəzifə istəmirəm ancaq ..."


Gürcüstanın sabiq prezidenti Mixail Şaakaşvili öz ölkəsinə qayıtmaq istədiyini bildirib.
Yeniavaz.com
“Ria.ru”ya istinadla xəbər verir ki, Saakaşvili Gürcüstan müxalifətinin onu dəvət edəcəyi təqdirdə ölkəsinə qayıda biləcəyini deyib. O bildirib ki, artıq heç bir vəzifə istəmir: 
“Azad ölkəmin azad vətəndaşı olmaq istəyirəm. Öz bağıma qayıtmaq istəyirəm. Vətənimə heç vaxt qayıda bilməmək fikri ilə əsla barışmaq istəmirəm”. 
Müxalifət partiyaları arasında Saakaşvilinin Gürcüstana qayıtmasına qəti şəkildə etiraz edənlər var və onu dəstəkləmək niyyətində deyillər. 
Qeyd edək ki, Saakaşviliyə qarşı Gürcüstanda bir sıra cinayət işləri başlanıb. Ədliyyə Nazirliyi onu sərhədi keçdikdən dərhal sonra həbs edəcəklərini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top