Sülhməramlıların olduğu 9 təyyarə Qarabağa yola düşdü - YENİLƏNİB


Rusiya sülhməramlılarının olduğu 9 təyyarə Qarabağa yola düşüb.
Yeniavaz.com
“ria.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, sülhməramlıların şəxsi heyəti, nəqliyyat vasitələri, zirehli nəqliyyat vasitələri və digər avadanlıqlar artıq təyyalərə yüklənərək yola salınıb. 
Qeyd edək ki, 1960 hərbçi, 90 zirehli personal daşıyıcısı, 380 ədəd avtomobil və xüsusi texnika münaqişə zonasına göndərilir. 

***09:06
Rus sülhməramlıları Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə nəzarət tapşırıqlarının yerinə yetiriləcəyi əraziyə getmək üçün təyyarəyə texnika və silah yükləməyə başlayıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.
Bildirilib ki, Mərkəzi Hərbi Dairənin sülhməramlı hissəsinin ilk bölmələri Ulyanovsk-Vostoçnıy aerodromuna gəlib. Kontingentin köçürülməsi üçün bir qrup İl-76 təyyarəsi burada cəmləşib.
Qeyd olunub ki, artıq İl-76 hərbi nəqliyyat təyyarəsinə texnika və silah yüklənməyə başlanıb. Bundan sonra isə onlar münaqişə zonasında atəşkəs missiyalarının həyata keçiriləcəyi əraziyə yola düşəcəklər.
Rusiyanın sülhməramlı kontingentinə 1960 hərbçi, 90 zirehli personal daşıyıcısı, 380 ədəd avtomobil və xüsusi texnika daxildir.
Qeyd edək ki, sülhməramlıların köçürülməsi qərarı Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyanın birgə bəyanatı ilə elan olunub. Bəyanata əsasən, Dağlıq Qarabağda atəş və döyüş əməliyyatları dayandırılır və razılaşmaların yerinə yetirilməsinə Rusiya sülhməramlı kontingenti nəzarət edir.

DİGƏR XƏBƏRLƏR

Top