KTMT-dən Rusiya helikopterinin vurulmasına reaksiya

 


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı KTMT Azərbaycan hərbçilərinin Ermənistanda Rusiya helikopterini vurmasına münasibət bildirib.

Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov danışıb.

“Baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımızı çatdırırııq, həlak olan ekipaj üzvlərinin doğmalarına və yaxınlarına başsağlığı veririk. Atəşin haradan edildiyini göstərən araşdırmanın nəticələrini gözləyək”, - deyə V.Zaynetdinov bildirib.

V.Zaynetdinov xatırladıb ki, KTMT dəfələrlə münaqişə tərəflərini atəşkəsə çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top