"ABŞ bizim ən vacib müttəfiqimizdir və belə qalacaq".
Yeniavaz.com “İHA”ya istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel deyib. O, ABŞ-da prezident seçkilərinin qalibi Co Baydeni və Kamala Harrisi təbrik edib.
Baydenin daxili siyasətdə on illərlə təcrübəyə sahib olduğunu vurğulayan Merkel, ABŞ ilə təkcə koronavirusla mübarizədə deyil, həm də iqlim və iqtisadi baxımdan da işləməli olduqlarını deyib. O, Almaniya və Avropanın bu ortaqlıqda daha çox öhdəlik götürməsinin lazım olduğunu bildirib.
Merkel qeyd edib ki, ABŞ haqlı olaraq Almaniyanın müdafiə xərclərinə daha çox töhfə verməsini gözləyir. ABŞ seçicisi Co Bayden və Kamala Harrisə böyük məsuliyyət verdiyini vurğulayan Almaniya kansleri, Baydenlə işləməyi səbirsizliklə gözlədiyini deyib.