Putin bir gündə 5 naziri işdən çıxardı


Rusiya kabinetində dəyişiklik edilib. 
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin 5 naziri istefaya göndərib. Ölkənin baş naziri Mixail Mişustin isə kabinetə təyin olunması üçün nazir postuna yeni adlar təqdim edib. 
Təqdim edilən adlar əgər rəsmi şəkildə təyin olunarsa 2012-ci ildən Enerji Nazirliyinə rəhbərlik edən Aleksander Novak, Baş nazir Mixail Mişustinin yeni müavini ola bilər. 
Baş nazir inşaat naziri vəzifəsinə İrek Fayzullinin namizədliyini təqdim edib. 
Alexander Kozlov isə yeni Təbii Sərvətlər və Ətraf Mühit Naziri ola bilər. 
“Aeroflot” aviaşirkətinin baş direktoru Vitali Savelyevin isə yeni nəqliyyat naziri postunu tutacağı ehtimal edilir.

DİGƏR XƏBƏRLƏR

Top