Suriyanın paytaxtı Dəməşqdə Rusiya səfirliyinə silahlı hücum olub. "Yeniavaz.com" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, səfirliyin həyətinə 2 ədəd mina atılıb. Amma hər iki mina partlamayıb. Hadisə yerinə mütəxəssislər cəlb olunub. Rusiya XİN dünya birliyini bu hücumu pisləməyə çağırıb.