Bəşər Əsəd Suriyada keçiriləcək növbəti prezident seçkilərində iştirak etməyəcək. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadə verdiyi məlumata görə, bunu “Reuters” agentliyinə Rusiya Xarici İşlər Nazirliyinə yaxın mənbələr məlumat verib. Mənbənin sözlərinə görə, B.Əsəd növbəti seçkilərdə səlahiyyətlərini başqa bir suriyalı ələviyə verəcək: “Növbəti seçkilərədək B.Əsədin səlahiyyətləri məhdudlaşdırılacaq. Lakin səlahiyyətin başqasına ötürülməsi ilə bağlı İran hələ razı salınmayıb”.