Tramp: İsrailə qarşı hörtmətsizliklə davranmasına imkan verməyəcəm

İsrailə qarşı hörtmətsizliklə davranmasına imkan verməyəcəm. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə “Tvitter” səhifəsində ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yazıb. O bildirib: “Biz İsraillə bu cür tam nifrət və hörmətsizliklə davranmasına imkan verməyə davam edə bilmərik. ABŞ əvvəllər onların əla dostu idi, lakin ...”. Xatırladaq ki, ötən həftə BMT-nin Təhlükəsizlik Şurası İsrailin Fələstin torpaqlarında məskunlaşma aktivliyini qınayan qətnamə qəbul edib. ABŞ-ın hazırkı administrasiyası qətnaməyə veto qoymaqdan imtina edib və bitrəf qalıb. Buna görə İsrail hakimiyyəti və D. Tramp Barak Obama administrasiyasını tənqid atəşinə tutub.

DİGƏR XƏBƏRLƏR

Top