Türkiyədə İŞİD-lə əlaqəsi olan 31 azərbaycanlı həbs edilib

2016-cı ildə Türkiyədə İŞİD terror təşkilatı ilə əlaqəsi olan 3359 nəfər saxlanılıb, bunun 1313 nəfəri isə həbs edilib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyindən alınan xəbərdə deyilir. İŞİD-lə mübarizə çərçivəsində bu günədək 145 ölkədən 52 075 nəfərin Türkiyəyə girişinə qadağa qoyulub. Bu çərçivədə Türkiyədə olan 98 ölkədən 4 019 nəfər deportasiya ediib. 2016-cı ildə İŞİD-lə əlaqəsi olduğuna görə saxlanılan 3359 nəfərin 1485-in əcnəbi olub. Həbs edilən 1313 nəfərin isə 679-u əcnəbi olub. Türkiyədə 2011-2016-cı illər ərzində 2712-si əcnəbi olan 7015 nəfər İŞİD-lə əlaqəsi olduğuna görə saxlanılıb. Bunun 932-ci əcnəbi olmaqla 2304-ü həbs edilib. Qeyd edək ki, 2011-2016-cı illər ərzində Türkiyədə İŞİD-lə əlaqəsi olan 82 Azərbaycan vətəndaşı saxlanılıb, onlardan 31-i həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Top