Rusiya və Türkiyə prezidentləri Dağlıq Qarabağ məsələsini müzakirə ediblər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Telefon danışığında Türkiyə-Rusiya əlaqələri və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları başda olmaqla, bölgədəki vəziyyət müzakirə edilib.

Prezident Rəcəb Tayyib Ərdoğan telefon söhbətində Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasının vacibliyini diqqətə çatdırıb.
Ermənistan rəhbərliyinin danışıqlar masasına gətirilməsinin vacibliyini inandığını ifadə edən Prezident Ərdoğan bu münaqişənin birdəfəlik həll edilməsi və bölgəni sabitləşməsinin vacibliyini vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top