Netanyahu: "Bunu müharibə elanı kimi qəbul edəcəyik"

İsrailin Fələstin torpaqlarında inşa etdiyi məskənlərin dərhal və tam dayandırılmasını nəzərdə tutan BMT-nin Təhlükəsizlik Şurasının qərarının əks-sədası davam edir. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İsrailin baş naziri Binyamin Netanyahu layihəni Təhlükəsizlik Şurasında səsverməyə çıxaran ölkələrdən biri olan Yeni Zelandiyanın xarici işlər naziri Murrey MakKalli ilə telefon əlaqəsi saxlayıb. N. Netanyahu telefon söhbəti zamanı bildirib ki, bu, qalmaqallı qərardır: “Sizdən bu qərara dəstək verməmənizi istəyirəm. Əgər bu qərara dəstək verməyə davam etsəniz, bunu müharibə elanı kimi qəbul edəcəyik. Bu mövqe əlaqələri korlayacaq və bunun bəzi nəticələri olacaq”. Buna cavab olaraq Yeni Zelandiyanın xarici işlər naziri bildirib ki, qərar ölkəsinin siyasətinə uyğundur. Qeyd edək ki, layihəni səsverməyə Yeni Zelandiya, Seneqal, Malayziya və Venesuala çıxarmışdı.

DİGƏR XƏBƏRLƏR

Top