Ötən il Azərbaycanda cəzaçəkmə müəssisələrindən 19 nəfər qaçıb - Rəsmi

Ötən il Azərbaycanda axtarışda olan cinayətkarların sayı 3932 nəfər olub. Bu barədə Yeniavaz.com saytı Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb. Komitənin məlumatında qeyd olunur ki, ötən il axtarışda olan cinayətkarların sayı əvvəlki illə müqayisədə 481 nəfər artıb.

Komitə bildirir ki, ötən il Azərbaycanda cəzaçəkmə müəssisələrindən qaçanların sayı 19 nəfər olub. Qurumun məlumatlarına diqqət yetirək:

- cəzaçəkmə müəssisələrindən qaçanlar - 19 nəfər.

- cəza çəkməkdən qaçanlar - 15 nəfər.

- istintaqdan, təhqiqatdan və məhkəmədən yayınanlar -3899 nəfər.

- axtarışda olan cinayətkarların ümumi sayından 14-18 yaşadək uşaqlar 31 nəfər.

Dövlət Statistika Komitəsinin məlumatları əsasında törədilmiş cinayət növləri üzrə axtarışda olan şəxslərin statistikasını da təqdim edirik:

- dövlət hakimiyyəti əleyhinə olan cinayətlər - 27 nəfər.

- banditizm - 44 nəfər.

- qəsdən adam öldürmə və adam öldürməyə cəhd - 97 nəfər.

- zorlama və zorlamaya edilən cəhd - 9 nəfər.

- oğurluq - 412 nəfər.

- soyğunçuluq - 29 nəfər.

- quldurluq - 54 nəfər.

- dələduzluq - 1065 nəfər.

- mənimsəmə və ya israf etmə - 79 nəfər.

- hərbi xidmət keçməkdən boyun qaçırma - 16 nəfər.

- hərbi xidmət əleyhinə olan cinayətlər - 201 nəfər.

- o cümlədən fərarilik - 73 nəfər.

- digər cinayət növləri - 1899 nəfər.

- itkin düşmüş şəxslər 887 nəfər.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top