Azərbaycan Ordusu daha 16 kəndimizi işğaldan azad edib.
Yeniavaz.com xəbər verir ki, bu gün azad edilən kəndlərdən biri də Milli Qəhrəman Əliyar Əliyevin doğulduğu Qubadlının Qəzyan kəndidir. Əliyar Əliyev 1957-ci il dekabrın 14-də məhz həmin kənddə doğulub. Qarabağ döyüşləri başlayanda isə könüllü dəstəsi ilə birgə Qubadlıya edilən bütün hücumların qarşısını ala bilib. 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində, "Tikanlı zəmi" yüksəkliyi uğrunda gedən döyüşlərdə isə şəhid olub.