“Mənim ürəyim Şuşa” 3 dildə təqdim olundu - VİDEO


Qarabağın mirvarisi Şuşa haqqında musiqi kompozisiyası hazırlanıb. 
Yeniavaz.com
xəbər verir ki, layihə Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşıb. 
Sözləri Çexiyada yaşayan azərbaycanlı tanınmış şairə Leyla Beqimə məxsus olan “Mənim ürəyim Şuşa” adlı mahnının musiqisi məhz Almaniyada yaşayan həmyerlimiz, məşhur skripkaçı Anar Bramo tərəfindən bəstələnib.
Musiqi kompozisiyasının çəkilişlərini Bakı Media Mərkəzi həyata keçirib.
Azərbaycan, rus və ingilis dilində hazırlanan musiqi parçasını müvafiq olaraq Əməkdar artist Sevda Ələkbərzadə, Orxan Cəlilov və hazırda ABŞ-da yaşayan müğənni Ülviyyə Salayeva ifa edib. Musiqi kompozisiyasının çəkilişlərində drijor Fuad İbrahimov və sənətçilər Kənan Bəşirli, Sahib Paşazadə, Anastasiya Avdeyeva, Nicat Məsimov, Naala Baratelia, “Lumineux” vokal-xor ansamblı və Bakı Kamera Orkestrindən ibarət yaradıcı kollektiv iştirak edib.



DİGƏR XƏBƏRLƏR

Top