Ekspert: "Maşın bazarında bahalaşma gələn ilin mart ayında başlayacaq"

Azərbaycanda manatın dollar qarşısında dəyərini itirməkdə davam etməsi əhalinin alcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarıb. Bu da öz növbəsində maşın bazarına müəyyən qədər təsir göstərməkdədir. Bəs manatın dəyərdən düşməkdə davam etməsi gələn il maşın bazarına necə təsir göstərəcək? Məsələ ilə bağlı "Yeniavaz.com" saytına verdiyi açıqlamasında ekspert Ramil Osmanlı qeyd edib ki, maşın bazarına yalnız əhalinin maddi durumunun pisləşməsi deyil, həm də gələn ilin yanvarından mühərrikinin həcmi çox olan avtomobillərdən tutulacaq aksiz vergisi də təsir göstərəcək. Ramil Osmanl: "Yeni dəyişikliklərə görə, mühərrikinin həcmi 2000 kubsantimetrdən çox olan maşınlara tutulan vergi artırılacaq. Təbii ki, bu da ölkəmizə gətiriləcək avtomobillərin qiymətinin artmasına səbəb olacaq. Manatın dəyərdən düşməsi nəticəsində əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə baxmayaraq, köhnə avtomobillərin ölkəmizə gətirilməsinə qoyulan məhdudiyyətlər da qiymət artımına yol açacaq. Amma qeyd etdiyim kimi qiymətlərin qalxması fonunda əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi maşın bazarında satışa mənfi təsir edəcək. Onu da deyim ki, maşın bazarında artımın əsasən birinci rübün sonunda baş verəcəyini düşünürəm. Çünki yeni maşınların gətirilməsi və onların bazara çıxarılmasının da bu müddət ərzində baş verəcəyi gözlənilir",-dedi.

Əziz Mustafa

DİGƏR XƏBƏRLƏR

Top