ABŞ-da ermənilərin hücumuna məruz qalan restoran sahibinə bu şəxslər dəstək oldu


Xəbər verdiyimiz kimi, ermənilər Los-Ancelesdə türklərə məxsus restorana hücum ediblər. Hücuma məruz qalan türk restoranına qardaş ölkə vətəndaşları dəstək olub.
Yeniavaz.com
“İHA”ya istinadən xəbər verir ki, hadisədən sonra Türkiyə, Azərbaycan və Pakistan icmalarının üzvləri, liderləri, eləcə də Azərbaycan və Türkiyənin ABŞ-dakı baş konsulluqları bir araya gəliblər. Görüşdə Los-Ancelesdə hücuma məruz qalan türk restoranına qarşı hücum məsələsi də müzakirə edilib.
Türkiyənin baş konsulu Can Oğuz, hücumla bağlı danışığında bildirib ki, hücumun hədəfi Azərbaycan və türk icmalarıdır. O, Los-Ancels bələdiyyəsinə səslənərək, azərbaycanlıların və türklərin haqlarının qorunmasını istəyib. Konsul Beverli Hilsin bələdiyyə başçısı və polis təşkilatına məsələni nifrət günahı kimi qiymətləndirdikləri və araşdıracaqları üçün təşəkkür edib.
Görüşmədə söz alan Azərbaycanın baş konsolu Nəsimi Ağayev Beverli-Hils, Los-Ancels və Kaliforniya kimi ştatlarda həyata keçirilən bu tip faktların kimə qarşı törədilməsindən asılı olmayaraq, xoşagələn hal olmadığını nəzərə çatdırıb. Bundan başqa o bildirib ki, bir neçə ay əvvəl eyni hücumlar azərbaycanlılara qarşı da həyata keçirilib. Konsul bu kimi halların Kaliforniya qubernatorı tərəfindən tənqid olunmasını tələb edib. O, həmçinin ən kiçik məsələdə azərbaycanlı və türkləri şikayət edən erməni-amerika milli konqresini (ANCA) türklərə qarşı törədilmiş bu halı pisləməyə çağırıb.
Bölgədə yaşayan Pakistan topluluğunun nümayəndələrindən Adnan Kahn da məsələni tənqid edib.

DİGƏR XƏBƏRLƏR

Top