"İran rəsmilərinin Azərbaycanın daxili işlərinə qarışmasına son qoyulmalıdır"

Ötən gün İranın müdafiə naziri Hüseyn Dehqan "Rossia Today" telekanalına verdiyi müsahibəsində İsrail-Azərbaycan münasibətləri ilə bağlı suala cavabında ölkəmizin daxili işlərinə qarışmaq cəhdinə baş vurub. O deyib ki, İran İsrailin Azərbaycandakı iştirakına dözə bilməyəcək. Məsələ ilə əlaqədar "Yeniavaz.com"a verdiyi açıqlamasında politoloq Qabil Hüseynli böyük dövlətçilik xülyalarının bəzi İran rəsmilərinin gözlərini kor etdiyini söylədi. O qeyd etdi ki, bəzi İran rəsmilərinin Azərbaycanın daxili işlərinə qarışma cəhdlərinə bir dəfəlik son qoyulmalıdır. Qabil Hüseynli: "İran rəsmilərinin mütəmadi olaraq Azərbaycanın daxili işlərinə qarışmasına son qoyulmalıdır. Tehran İsrailin bölgədəki varlığından narahat olmaq əvəzinə, işğalçı Ermənistanla əməkdaşlıq etməklə islam həmrəyliyini necə ayaqlar altına atmasına görə hesabat versin. Bu gün Suriyada, İraqda baş verən qırğınlara görə İran böyük məsuliyət daşıyır. Suriyada öldürülən 12 iranlı generalın hamısı azərbaycanlıdır. Eləcə də İraqla müharibə zamanı minaların üzərinə göndərilərək partladılan 600 min nəfərdən 500 minini azərbaycanlılar təşkl edir. İran qoy bunun cavabını versin. Əgər İran Ermənistanı dəstəkləməsəydi, ona müsəlman torpaqlarını işğalına görə təzyqilər etsəydi, onda münaqişə çoxdan həllini tapardı. Bu gün bölgədə hansısa dövlətin mövcudluğuna görə İran özü günahkardır və bunu Tehranda nə qədər tez dərk etsələr, o qədər də onlar üçün yaxşı olacaq",-dedi.

Əziz Mustafa

DİGƏR XƏBƏRLƏR

Top