Rusiya Suriya üzrə qətnamə layihəsini qəbul edilməz hesab edir

Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, BMT TŞ-nin kimyəvi silahdan istifadəyə görə bəzi suriyalı fiziki və hüquqi şəxslərə sanksiyalar tətbiq edilməsini nəzərdə tutan layihəsi qəbul edilməzdir. Bununla əlaqədar "Yeniavaz.com"un Regnum agentliyinə istinadən verdiyi məlumata görə, Ryabkov BMT TŞ-ni məsələ ilə bağlı tələsik qərar qəbul etməməyə çağırıb. Ryabkov qeyd edib ki, hər hansı düşünülməmiş qərar Təhlükəsizlik Şurasında vəziyyəti yenidən gərginləşdirə bilər və bundan heç nə çıxmayacaq. Xatırladaq ki, Suriyada kimyəvi silahdan istifadə ilə bağlı Fransa və Böyük Britaniya tərəfindən hazırlanan qətnamə layihəsində Dəməşqə qarşı bəzi sanksiyaların tətbiq edilməsi nəzərdə tutulub. Qətnamədə Suriyaya vertolyotlar və onlara ehtiyat hissələrinin göndərilməsi üzərinə qadağa qoyulması nəzərdə tutulub. Eyni zlamda kimyəvi silahın tətbiqində günahkar bilinən şəxslərə də qarşı sanksiyalar tətbiq ediləcək.

Yeri gəlmişkən onu da deyək ki, Qərb ölkələri Suriya hökumət rəsmilərini kimyəvi silahdan istifadə etməkdə günahlandırırlar. ABŞ-ın Əsədin hakimiyyətdən getməsini tələb etməsi də onu kimyəvi silah tətbiqində günahkar hesab etməsi ilə bağlıdır. Suriya bu günə kimi kimyəvi silahdan istifadənin qadağan edilməsi barədə konvensiyaya qoşulmayan 7 ölkədən biridir.

DİGƏR XƏBƏRLƏR

Top