Casusluq etməyə məcbur edilən Yusif Amat Türkiyədə güllələndi


Şərqi Türküstanda Çin zülmündən qaçan Yusif Amat Türkiyədə güllələnib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, ağır yaralanan Amatın 2012-2018 illərdə  Pakistan və Əfqanıstanda ailəsi ilə təhdid edildiyi və “casusluq” etmək məcburiyyətində qaldığı bildirilib. Verilən məlumatlara görə, Amat, Türkiyədə casusluq etmək təklifini rədd edərək, mediaya çıxıb, Çin kəşfiyyatına “işləyən” 8-10 nəfər uyğur türkünün  adını verdikdən 3 gün sonra güllələnib. Sui-qəsdlə bağlı hələlik heç bir rəsmi qurumdan ətraflı açıqlama verilməyib. 2018-ci ildə casusluq üçün Türkiyəyə göndərilən Amat, ziyarətə getdiyi evin girişində hücuma məruz qalıb. Boynundan və qolundan xəsarət alıb. “Bakırköy Dr. Sadi Konuk” Təhsil və Araşdırma Xəstəxanasına müalicə alır, həyati təhlükəsi var.
Sui-qəsdin arxasında Çin agentlərinin dayandığı iddia edilir. Yusif Amat və anasının 2011-ci ildə Tacikistana getməsi səbəbi ilə həbs olunduğu məlum olub. O və anası Çin hökuməti tərəfindən "milli təhlükəsizliyə təhlükə yaratmaq" ittihamı ilə iki il yarım Çin həbsxanalarında saxlanıldı. Həbsxanada olarkən əvvəlcə Çin hökumətinin "bizim casusumuz ol" təklifini rədd etdi. Ancaq anasına edilən işgəncə ilə bu işə məcbur edildi.
4 il ərzində ölkələrdən Şərqi Türküstan xalqı haqqında məlumat topladı və Çin kəşfiyyatına verdi. Həyat yoldaşı, övladı və anası Çinin əlindədir.

DİGƏR XƏBƏRLƏR

Top