![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2020/11/6/1/7e3d1257-4137-4eaa-9be6-60096d972c22/yangin-smolensk.jpg)
Rusiyanın Smolensk bölgəsində bir evdə baş verən yanğında 7 nəfər dünyasını dəyişib.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, ölənlərdən 5-i uşaqdır.
Rusiyanın Fövqəladə Hallar Xidmətindən verilən məlumatda bildirilir ki, hadisə nəticəsində yaralanan bir nəfər isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.