Medvedev Azərbaycanla bağlı sazişi təsdiq etdi

Rusiyanın baş naziri Dmitri Medvedev Rusiya və Azərbaycan hökumətləri arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş layihəsini təsdiq edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Rusiya Mədəniyyət Nazirliyinə Xarici İşlər Nazirliyi ilə birlikdə Azərbaycanla danışıqlar aparmaq və əldə edilmiş razılıq əsasında Rusiya hökuməti adından saziş imzalamaq tapşırılıb. Rusiya Tur operatorları Assosiasiyasının məlumatına əsasən, 2016-cı ilin I yarısının yekunları üzrə Azərbaycan Rusiyadan xarici səfərlərin sayına görə Yunanıstan, Türkiyə, BƏƏ, Bolqarıstan və Fransa kimi ölkələri qabaqlayaraq 15-ci yerdə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top