Türkiyə və Rusiya Suriyada atəşkəsə dair razılığa gəldi

Türkiyə və Rusiya Suriyada münaqişə tərəflərinə bütün ölkə üzrə atəşkəsin başlanılması məqsədilə təklif edəcəkləri plan üzərində razılığa gəliblər. “Yeniavaz.com”un məlumatına görə, bu barədə “Anadolu” agentliyi etbiarlı mənbələrə istinadən xəbər verir. Türkiyə və Rusiya Hələbin şərqində elan edilən atəşkəsin və yerli əhalinin təxliyəsindən sonra atəşkəsin bütün ölkə ərazisinə yayılması üçün tərəflərə təklif edəcəkləri plan üzərində razılıq əldə ediblər. Planın Bəşar Əsəd rejimi və onun tərəfdarı olan əcnəbi silahlıların müxalif qüvvələrlə savaşdığı bütün bölgələrdə tətbiq edilməsi nəzərdə tutulur. Plana əsasən atəşkəs münaqişə edən tərəflər arasında bu gecə yarısı tətbiq edilməsi üçün Ankara və Moskva səy göstərəcək. Ancaq terror təşkilatları atəşkəs çərşivəsindən kənarda tutulacaq. Atəşkəs uğurlu olarsa, rejim və müxaliflər Türkiyə və Rusiyanın liderliyində Astanada siyasi müzakirələrə başlayacaqlar. İki ölkə prosesin qarantı olaraq danışıqlar prosesinə BMT-nin Təhlükəsizlik Şurasının 2254-cü qətnaməsində nəzərdə tutulan siyasi keçid prosesi çərçivəsində töhfə verməyi planlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top