Xaricdən 500 milyon manatdan artıq borc ala bilməyəcəyik

Avropa İttifaqının qrantından daxilolmalardan 2017-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə 20 milyon manat yönəldiləcək. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 645 milyon manat məbləğində təsdiq edilib. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2017-ci il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) cəmi 625 milyon manat və Aİ-nin qrantından daxilolmalar 20 milyon manat hesabına həyata keçiriləcək. 2017-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi 1 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi 500 milyon manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 10 milyard manat məbləğində təsdiq edilib. Qeyd edək ki, 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon manat, xərcləri 16 milyard 900 milyon manat məbləğində təsdiq edilib.

DİGƏR XƏBƏRLƏR

Top