Azərbaycanlı iş adamı əsgərlərimiz üçün səyyar camaşırxana hazırladı – FOTOLAR + VİDEO


Azərbaycanlı iş adamı Ordumuzun cəbhədə apardığı əks hücum əməliyyatlarında iştirak edən hərbçilərimiz üçün səyyar camaşırxana hazırlayıb.
Camaşırxananı hazırlayan Bakı şəhər sakini Ruslan Hüseynov Yeniavaz.com-a açıqlamasında bildirdi ki, əsgərlərimiz üçün səyyar hamam layihəsini görəndən sonra belə bir ideyanı həyata keçirmək qərarına gəlib: “Sosial şəbəkələrdə səyyar hamam layihəsini gördüm, mən də istədim ki, onlar üçün səyyar camaşırxana hazırlayıb göndərim. Çox şükür layihəmiz uğurla tamamlandı. 4 gün vaxt sərf etdik. Artıq cəbhə bölgəsinə təhvil verilib. Əsgərlərimizin istifadəsi üçün hara uyğundursa orada da istifadə olunacaq”.
R.Hüseynov səyyar camaşırxana üçün Türkiyə istehsalı olan məhsulları aldığını bildirdi: “Türkiyə istehsalı olan brend məhsulları aldım. Həm keyfiyyətli paltaryuyan maşınlardı, həm də istədim ki, xeyir qardaşlarımıza qalsın. İnşallah bundan sonra da bu işləri davam etdirəcəm”.




İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top