Bu il Bakıda işçilərin əmək haqqı belə olub – Aylar üzrə SİYAHI


Bu ilin yanvar-avqust aylarında Bakı şəhərində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 938 manat 40 qəpik olub.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, orta aylıq nominal əməkhaqqı əvvəlki dövrlə müqayisədə 10 manat 10 qəpik azalıb. Belə ki, bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 748 manat 50 qəpik olub.
Məlumat üçün bildirək ki, bu ilin mart ayından sonra Bakıda orta aylıq nominal əməkhaqqı davamlı olaraq azalır.
Orta aylıq əməkhaqqı 2020-ci ilin ilk 8 ayı ərzində belə olub:
Yanvar – 957,5 manat
Yanvar-Fevral – 958 manat
Yanvar-Mart – 1022,9 manat
Yanvar-Aprel – 1004,1 manat
Yanvar-May – 984 manat
Yanvar-İyun –959,8 manat
Yanvar-İyul – 948,5 manat
Yanvar-Avqust – 938,4 manat

DİGƏR XƏBƏRLƏR

Top