Ermənistan Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Lusine Martirosyan nazir Rüstəm Badasyan Qarabağda əsir götürüldüyü iddia olunan suriyalılarla bağlı səhv məlumat verdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, Lusine Martirosyan bu barədə “Facebook” səhifəsində yazıb.
Nazirlik rəsmisi qeyd edib ki, bu gün Ermənistanın Ədliyyə naziri jurnalistlərlə görüşü zamanı Suriyadan gələrək Qarabağda döyüşən 3 muzdlunun həbs olunduğunu qeyd edib: “Əslində həbs olunan muzdluların sayı 2 nəfərdir”.