Lizinq müqaviləsində dollarla göstərilən məbləğ manata çevrildi - Məhkəmə qərarı

Azərbaycanda məhkəmənin qərarı ilə dollarla lizinq qanunsuz hesab edilib. Yeniavaz.com xəbər verir ki, bu barədə hüquqşünas, bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, vətəndaş 2013-cü ildə "Unileasing" şirkəti ilə avtomobilə dair 59903,14 dollar məbləğində lizinq müqaviləsi bağlayıb: "Sonradan tərəflər arasında mübahisə yaranıb və lizinq "Unileasing" məhkəməyə müraciət edib. Xətai rayon məhkəməsinin hakimi Fuad Məmmədovun qətnaməsində dollarla lizinq Mülki Məcəllənin 439-cu maddəsinə əsasən, qanunsuz hesab edilib və qalıq borcu manata çevrilib. Beləliklə, dəfələrlə dediyimiz və alqı-satqı üzrə olduğu kimi lizinq məsələsində də öz təsdiqini tapdı: kredit və əmanət müqavilələrindən başqa heç bir müqavilədə (alqı-satqı, xidmət, iş, icarə, lizinq və s.) qiymət birbaşa və ya dolayısı ilə xarici valyutada göstərilə bilməz".

Əkrəm Həsənov vətəndaşlara tövsiyə də verib: "Belə hallarla rastlaşdıqda mübarizə aparın, haqqınızı tələb edin".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top