Türkiyə aviasiyası İŞİD-ə qarşı əməliyyatları dayandırdı

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Suriyanın Əl-Bab bölgəsində İŞİD terror qruplaşmasına qarşı əməliyyatları dayandırıb. Bu barədə ölkənin hərbi mənbələri məlumat verib. Hərbi hava əməliyyatlarının dayandırılmasına səbəb kimi əlverişsiz hava şəraiti göstərilir. Artıq iki gündür Türkiyə HHQ Əl-Babda əməliyyat keçirmir. Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əl-Bab şəhərinin İŞİD-çilərdən azad edilməsi üçün əməliyyatların yekun mərhələdə olduğunu bildirmişdi.Trend

DİGƏR XƏBƏRLƏR

Top