ABŞ prezident seçkilərində SON NƏTİCƏLƏR


ABŞ-da keçirilən prezident seçkilərində səslərin sayılması hələ də davam etməkdədir.
Yeniavaz.com
“euronews”ə istinadla xəbər verir ki, hal hazırda Co Bayden daha çox nümayəndə qazansa da, Donald Tramp Florida və Texas kimi iri ştatlarda öndədir.
Alyaska və Havay ştatlarında səsvermə hələ də davam etməkdədir. Lakin digər ştatların hamısında səsvermə çoxdan başa çatıb və artıq bəzilərində nəticə bəllidir.
Hal-hazırda açıqlanan nəticələrə əsasən Demokrat Partiyanın namizədi Co Bayden Vaşinqton, Oreqon, Kaliforniya, Minnesota, Kolarado, Nyu-Meksiko, İllinoys, Vircinya, Merilend, Delaver, Nyu-Cersi, Nyu-York, Vermont, Nyu-Hempşir, Massaçusest, Konnektikut və Rod Aylend ştatlarında öz qələbəsini elan edib.
Respublikaçılar Partiyasının namizədi və hazırkı prezident Donald Tramp isə artıq Montana, Aydaho, Yuta, Vayominq, Şimali Dakota, Cənubi Dakota, Nebraska, Kansas, Ayova, Missuri, Oklahoma, Arkansas, Luizyana, Missisipi, Alabama, Tennessi, İndiana, Kentaki, Ohayo, Qərbi Vircinya və Cənubi Karolina ştatlarında qazanıb.
Yerdə qalan və hələ də səslərin sayıldığı Nevada, Teksas, Viskonsin, Miçiqan, Pensilvaniya, Şimali Karolina, Georgiya, Florida ştatlarında Tramp, Men və Arizona ştatlarında isə Bayden öndədir.
Qeyd edək ki, hazırda Baydendə nümayəndə sayı 223, Trampda isə 174-dür.

DİGƏR XƏBƏRLƏR

Top