"ABŞ telekanalı efirinə çıxan xanım ARB TV-nin efirinə buraxılmadı - hicablı olduğuna görə"


ABŞ-da yaşayan həmyerlimiz xanım hicablı olduğu üçün ARB TV-nin efirinə canlı yayıma çıxarılmayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-da yaşayan soydaşımız, ictimai fəal Fərhad Ələkbərzadə sosial şəbəkədə yazıb.
Həmin yazını təqdim edirik:
"Deməli, bu həftəsonu San Fransiskoda keçirilən etiraz yürüşümüz barədə yəqin xəbəriniz var. Hətta bu yürüş zamanı Amerikanın məşhur TV kanalı olan CBS bizim 2 xanım yoldaşımızdan müsahibə aldı.
Bu gün həmin xanımlardan birini ARB24 kanalı canlı yayıma dəvət etmişdi. San Fransiskodan birbaşa bağlantı edərək tədbir barədə məlumat verilməli idi.
Lakin dostumuz hicablı xanım olduğu üçün birbaşa efirə çıxmağa icazə verməyiblər. Qeyd etmək istərdim ki, digər insanlardan fərqli olaraq bu yoldaşımızın Azərbaycan kanallarında özünü reklam etməyə ehtiyacı da yoxdur. Sadəcə xahiş olunmuşdu deyə hazırlaşmışdı və gecə saatlarında (Bakıda səhər) canlı bağlantıya qoşulmuşdu.
İndidən deyirəm, bunun "yeri deyil" filan yazmayın. ABŞ telekanalı efirinə çıxan adamı Azərbaycan efirinə buraxmamaq biabırçılıqdır.
Ayıb olsun!"

DİGƏR XƏBƏRLƏR

Top