"Narın qırmızı rəngləri bizə kədərlə onun qanını xatırladır" - FOTOLAR


“National Geografic” jurnalının məşhur azərbaycanlı fotoqrafı Rza Diqqəti ermənilərin mülki əhalini atəşə tutması nəticəsində dünyasını dəyişən Oxan İsmayılzadə ilə bağlı “instagram” səhifəsində paylaşım edib.
Yeniavaz.com
xəbər verir ki, o hadisənin baş verdiyi yerdən və dəfn mərasimindən fotolar paylaşaraq bu sözləri yazıb:
“Tərtər, Azərbaycan.
16 yaşlı yeniyetmə Orxan Tərtər şəhərinin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində öz bağında nar yığarkən öldürüldü.
Anası və xalası onun tabutunu qucaqlayır. Fotoda sevinc dolu gülümsəyən bir oğlan görünür. Narın qırmızı rəngləri bizə kədərlə onun qanını xatırladır. Ailəsinin yaşadığı kədər əbədi olacaq”.



DİGƏR XƏBƏRLƏR

Top