​Vyanada polisə hücum edən İŞİD üzvü imiş


Vyanada terror aktı törədən şəxsin İŞİD üzvü olduğu açıqlanıb.

Yeniavaz.com “AA”ya istinadla xəbər verir ki, Avstriyanın Daxili İşlər naziri Karl Nehammer Vyanada polisə qarşı hücum barədə mətbuat konfransı keçirib. Nazir bildirib ki, terror aktını törədən şəxs İŞİD üzvüdür, bununla bağlı araşdırmalar davam etdirilir. 
Son məlumatlara görə, Vyana hücumu nəticəsində 4 nəfər dünyasını dəyişib, 15 nəfər isə yaralanıb. 

DİGƏR XƏBƏRLƏR

Top