İzmirin Səfərihisar rayonunda baş verən zəlzələ səbəbilə ölənlərin sayı artıb.
Yeniavaz.com “CNN Türk”ə istinadən xəbər verir ki, İzmirdə zəlzələdə ölənlərin sayı 107-yə çatıb. Bu barədə AFAD xəbər yayıb. Verilən məlumatlarda 144 nəfərin müalicəsinin davam etdirildiyi bildirilib.
İzmirdə axtarış-qurtarma fəaliyyətlərinin həyata keçirildiyi 17 binadan 13-ündə işlər tamamlanıb və 3 nöqtədəki 4 binada işlər hələ də davam etdirilir.
***14:00
İzmirdə baş verən zəlzələdə həyat itirənlərin sayı 105-ə çatıb.
Yeniavaz.com “CNN Türk”ə istinadən xəbər verir ki, məlumat, Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən verilib.
***11:07
Türkiyənin İzmir şəhərində zəlzələ səbəbilə ölənlərin sayı artıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, İzmirin Seferihisar rayonunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 102-yə çatıb. Verilən son məlumatlara görə, 994 yaralıdan 147-nin müalicəsi müxtəlif xəstəxana davam etdirilir.
***09:54
Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), İzmirdəki zəlzələdə həyatını itirənlərin sayının artdığını açıqlayıb.
Yeniavaz.com “İHA”ya istinadın xəbər verir ki, Türkiyənin İzmir şəhərində zəlzələ səbəbilə ölənlərin sayı 100-ə çatıb, yaralananların sayı isə 994 olub. Onlardan 847-si artıq evə buraxılıb, 147-i nəfərin isə müalicəsi davam etdirilir. Müalicəsi davam edənlərdən 12-si reanimasiyada yatır, 5-nin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Qeyd edək ki, İzmirin Səfərihisar rayonunda qeydə alınan 6.6 bal gücündə zəlzələdən sonra 44-ü 4 baldan yuxarı olmaqla, 1385 təkan qeydə alınıb.
Axtarış işləri davam etdirilir.