Gömrükçülər 22 mindən çox müxtəlif markalı siqaretlər aşkar edib

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı minik avtomobili Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunun qarşısındakı terminalın həyətində saxlanılıb. Bu barədə DGK-nın mətbuat xidmətindən məlumat verilib. Baxış zamanı avtomobilin yük yerində Azərbaycanın aksiz markasıyla markalanmayan 22 600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top