Noyabrın 1-də və 2-də Rusiya Prezidenti Vladimir Putinlə müvafiq olaraq Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.
Bu barədə Kremlin.ru məlumat yayıb.
Telefon söhbəti zamanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi hərtərəfli müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığının olması ilə bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti də məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı məsələlər, döyüş bölgəsində vəziyyət müzakirə edilib.