“Reuters” Qarabağa qayıtmaq istəyən vətəndaşlarımız barədə reportaj hazırladı


Tanınmış “Reuters” media oraqanı Dağlıq Qarabağ münaqişəsindən və evlərinə qayıtmaq istəyən məcburi köçkünlərdən yazdı.
Yeniavaz.com
xəbər verir ki, məqalədə Azərbaycan Ordusunun torpaqlarımızı azad etməsi və çox sayda vətəndaşlarımızın Qarabağa qayıtmaq arzusu vurğulanıb.
Yazıda, məcburi köçkünlərlə söhbətlər aparılaraq, doğma torpaqların işğaldan azad edilməsi ilə yaşadıqları sevinc hissinə toxunulub.
Tanınmış media orqanında yayımlanan yazıda çox sayda vətəndaşımızın könüllü olaraq Qarabağa yollandığı, ölkənin bütün yerlərində vətənpərvərlik duyğusunun yaşandığı qeyd olunub.
 

DİGƏR XƏBƏRLƏR

Top