Bu qurumun inzibati binasında 35 min manata bayraq əks olunacaq


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “Dövlət Məşğulluq Agentliyi” publik hüquqi şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin (korirovka sorğusu) qalibi "Lotus Co” QSC olub.
Yeniavaz.com
 xəbər verir ki, "Lotus Co” QSC “Dövlət Məşğulluq Agentliyi”nin sifarişi ilə bu qurumun inzibati binasında Azərbaycan dövlət bayrağının əks olunması işlərini həyata keçirəcək.
Qeyd olunan işləri həyata keçirmək üçün “Dövlət Məşğulluq Agentliyi” "Lotus Co” QSC-yə 35 min 343 manat 36 qəpik ödəyəcək. “Dövlət Məşğulluq Agentliyi” müsabiqəni 23.10.2020-ci il tarixində elan edib. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 28.10.2020-ci il saat 15:00-dək qəbul olunub. Cəmi bir gün sonra 30.10.2020-ci il tarixindən sifarişin icrasına başlanılıb.
Məlumat üçün bildirək ki, "Lotus Co” QSC – 01.08.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan QSC-nin qanuni təmsilçisi Cəfərov Seymur Məmməd oğludur.

DİGƏR XƏBƏRLƏR

Top