Tanınmış braziliyalı yazıçı Quran ayəsi paylaşaraq İzmirə yardım edəcəyini açıqladı


Məşhur braziliyalı yazıçı Paulo Koelo İzmirdə baş verən zəlzələ səbəbilə zərər çəkənlərə yardım edəcəyini bildirib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Paolo Koelo İnşirah surəsi 5-6-cı, “Hər çətinlikdən sonra bir rahatlıq vardır, həqiqətən hər çətinliyin ardından bir rahatlıq vardır” ayələrini paylaşaraq İzmirdə zərərçəkənlərə yardım edəcəyini açıqlayıb. O bildirib ki, yardımı beynəlxalq təşkilatlar vasitəsilə edəcək:
“Türk dostlarıma Beynəlxalq Qızılxaç Komitəsi vasitəsilə ianə edəcəyəm. Yardımın necə paylanacağına isə təşkilatlar özləri qərar verəcək”.

DİGƏR XƏBƏRLƏR

Top