75 yaşında İslamı qəbul edən fransız qadından Makrona: "Sizi İslama dəvət edirəm"


4 il Malidə girovluqda qalmış, fransız aktivist Sofi Petronin prezident Emmanuel Makrona İslamı təhqir etdiyi üçün məktub ünvanlayıb. 
Yeniavaz.com
 xəbər verir ki, sözügedən yaşlı xanımın həm Malidən sonrakı həyatı, həm də prezidentə ünvanladığı məktub, sosial şəbəkə hesablarında və xarici mətbuatda hər kəsin marağına səbəb olub. 
Fransız aktivist Sofi Petronin 2016-cı ildə Malinin şimalında yerləşən Qao bölgəsində bir uşaq xeyriyyə təşkilatına rəhbərlik edərkən qaçırılır. Fransa prezidenti Emmanuel Makron dörd il sonra azad edilən 75 yaşlı Sofi Petronini hava limanında qarşılayır. Makron həmyerlisinə adıyla "Xoş gəldin, Sofi" deyə müraciət edərkən onun sözlərindən təəccüblənir və hiddətlənir: 
"Mənim adım Məryəmdir, Sofi deyil". Petroninin müsəlman olduğunu öyrənən Makron planlaşdırdığı mətbuat konfransını ləğv edərək, hava limanını tərk edir. 
Məryəm Petronin (Sofi Petronin) Makrona ünvanladığı məktub vasitəsilə çatdırmağa çalışır ki, müsəlmanlar heç də onun düşündüyü kimi deyil. Makronun təhqir etdiyi Məhəmməd Peyğəmbərin dininə, yəni İslam dininə mənsub insanların əslində necə olduqlarını öz məktubu vasitəsilə ölkəsinin prezidentinin nəzərinə çatdırır. Yaşlı xanım məktubunda girovluqda olduğu vaxt müsəlmanların onunla necə davrandığından bəhs edir. 

Məryəm Petroninin Fransa Prezidentinə yazdığı məktub: 
Cənab Makron, hidayət sahiblərinə salam olsun! 
Mən, Sofi Petronin fransız, xristian və katolik məzhəbinə mənsub, ağ irqli bir qadın kimi 75 yaşından sonra 4 il boyunca müsəlmanlar tərəfindən əsir götürüldükdən sonra, necə müsəlman olmağımdan qorxduğunuzu öyrəndim. 
Vəziyyəti sizə izah edim ... 
Hörmətli Makron, bəli, mən müsəlmanlar tərəfindən əsir götürülmüşdüm. Ancaq onlar mənə heç bir pislik etmirdilər. Mənə qarşı davranışları həmişə ölçülü və hörmətli idi. Mənə yemək və içmək təklif edirdilər. İmkanlarının məhdud olmasına baxmayaraq, mənə özlərindən daha çox üstünlük verirdilər. İnsani hüquqlarıma hörmətlə yanaşırdılar. Orada olduğum vaxt heç bir şifahi və ya fiziki təcavüzə məruz qalmamışam. Nə dinim, nə Peyğəmbərim, nə İsa, nə də Məryəm, sizin onların Peyğəmbəri Hz. Məhəmmədi (s.ə.s.) təhqir etdiyiniz kimi təhqir etməyiblər. Onlar, məni müsəlman olmağa məcbur etməyiblər. Mən İslamı su ilə təmizlənmiş, gündə beş dəfə Rəbbinə yönələn və 1 ay Ramazan orucu tutan insanların əxlaqında gördüm. 
Hörmətli Makron, bəli, Malidəki müsəlmanlar kasıbdırlar. Ölkələri də kasıbdır; Eyfel qüllələri yoxdur. Fransız ətirlərimizdən xəbərləri yoxdur. Ancaq onlar, bizim bədənimizdən və ürəyimizdən daha təmizdirlər. Bəli, onların istifadə müddəti bitmiş maşınları yoxdur; nə də hündür göydələnlərdə yaşamırlar, amma onların mübarizələri buludların üstündədir; inanclarına gəlincə, dağlardan daha köklüdür. 
Hörmətli Makron, həyatınızda Quran tilavətini heç dinləmisinizmi? Onlar gecə və gündüz namazlarında Quran oxuyurlar. Bunun nə demək olduğunu başa düşməsən də, nə qədər gözəl bir oxunuş olduğunun fərqinə varırsan. Onlara qulaq asanda bədəniniz titrəyir və tükləriniz ürpərir. Allahın kəlamını oxuyurlar və əzbərləyərək onu qoruyurlar. O zaman şüuraltınızla bunun bir insan sözü deyil, göydən endirilən bir səma sözü olduğunu dərk edirsən. Onların sabah-axşam oxuduqlarını başa düşmək üçün daxilində böyük bir istək hissi keçirirsən. 
Hörmətli Makron, qadınların dərisi kömür kimi qaradır, lakin ürəkləri süd kimi ağdlr. Sadə paltarlar geyinirlər, lakin həyat yoldaşlarının gözündə onlar gözəllərin ən gözəli olurlar. Yad kişilərlə bir yerdə tək qalmazlar. Heç bir kişi həyat yoldaşı olmadan bir qadının evinə girməz. İçmirlər, qumar oynamırlar və zina etmirlər... 

Hörmətli Makron, müsəlmanlar bütün peyğəmbərlərə inanırlar. Hətta İsanı (ə.s.) və adını özümə götürdüyüm anası Məryəmi bizdən daha çox sevirlər. 

Hörmətli Makron, bəlkə də "İsa peyğəmbəri necə bizdən daha çox sevə bilərlər!" deyəcəksiniz. İzah edim... Bəli, İsanı (ə.s.) bizdən daha çox sevirlər. Ölkəmiz İsa adı ilə bir çox günahsız insanın qanını töküb, onların ölkələrini işğal edib, sərvətlərini ələ keçirib. Biz bu müsəlmanların ölkələrinin sərvətlərindən bəhrələnirik və müxtəlif yollarla suverenliklərini əllərindən alırıq... Onlara ticarət və istehlak layihələri tətbiq edirik. Onların inkişafına imkan vermirik. Aralarına fitnə salırıq. Sonra bir-birilərini öldürmək üçün onlara silah satırıq. Əslində, onların deyil, bizim terrorçu olduğumuzu başa düşsək də, yenə də onları terrorçu kimi qələmə veririk. Onlar bizə kilsələrdə öyrəndiklərimizi, amma əsla tətbiq etmədiklərimizi, mənə və digər girovlara Məsih əxlaqı ilə rəftar edərək başa salırdılar. 

Hörmətli Makron, nəticə etibarı ilə, təzyiq altında qalaraq müsəlman olduğum düşünülməsin deyə, Malidə müsəlmanlığı qəbul etdiyimi demədim. Fransız torpaqlarında, dinimi sərbəst bir şəkildə, milyonlarla fransız və avropalıya, xristianlığın hər iki qoluna və ateistlərə qarşı müsəlman olduğumu elan etməyi qərara almışdım.

Hörmətli Makron, gecə-gündüz müharibə apardığın İslam dini qəlbimi titrətdi və ağlıma hakim kəsildi. Artıq Fransanın füsunkar gözəlliklərini təvazökar, zavallı Malidən daha cəlbedici görmürəm. Daha doğrusu, ora qayıtmağa qərar vermişəm. Amma bunu ailəmi və yaxınlarımı İslama dəvət etdikdən sonra edəcəyəm. Beləcə, özündən başqa ilah olmayan, mərhəmətli və rəhimli olan Allaha ibadət edərkən, aldığım ləzzəti onların da dadmalarını istəyirəm. Onlara dünya və axirət ləzzətlərini arzulayıram. 
Mən, sizi də İslama dəvət edirəm. Hz. Adəmdən başlayaraq Hz. İsa ilə davam edən və bəşəriyyətin əfəndisi Hz. Məhəmməd (s.ə.s.) ilə sona çatan bütün peyğəmbərlərin ortaq mübarizəsi olan bu dinə baxışınıza yenidən nəzər salmağa dəvət edirəm. 
Hidayət sahiblərinə salam olsun! 

İmza: Məryəm Petronin

DİGƏR XƏBƏRLƏR

Top