Türkiyədə yenidən zəlzələ olub


Türkiyənin Aydın şəhərinin Kuşadası rayonunda 30 dəqiqə ərzində 4,5 bal və 4,2 bal gücündə iki zəlzələ qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, hər iki zəlzələnin ocağı 7 km dərinlikdə olub.
Dağıntı və itkilər barədə məlumat verilmir.

DİGƏR XƏBƏRLƏR

Top