Gürcüstan MSK səslərin 72,45 faizini hesablayıb


Gürcüstanın Mərkəzi Seçki Komissiyası 3 847 seçki məntəqəsinin 2 787-də (72,45%) səsləri hesablayıb.
Yeniavaz.com
“report”-a istinadla xəbər verir ki, nəticələrə əsasən, səslərin 48,51%-ni Gürcü Arzusu Partiyası əldə edib.
İkinci yerdə Vahid Milli Hərəkat (26,15%), üçüncü yerdə isə Avropalı Gürcüstan Partiyasıdır (3,8%).
“Lelo” səslərin 3,28%, “Vətənpərvərlər Alyansı” 3,23%, “Aqmaşenebeli strategiyası” 3,15%, “Qirçi” 3,07%, “Vətəndaşlar – Eliko Elisaşvili” 1,41%, Leyboristlər partiyası isə 1,02%-ni qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top