Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub - RƏSMİ

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini artilleriya, minaatan və atıcı silahlardan atəşə tutub.

Yeniavaz.com bununla bağlı Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Noyabrın 1-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Berd, Çəmbərək və Gorus rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Qubadlı rayonlarında yerləşən ordu bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top