Tramp beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndəsini təyin edib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ceyson Qrinblattı beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndə vəzifəsinə təyin edib. “RİA Novosti”nin xəbərinə görə, bu barədə gələcək prezidentin qərargahından bildirilib. Məlumata əsasən, “Trump Organization”un baş hüquqşünası vəzifəsində çalışan Ceyson Qrinblatt “bütün beynəlxalq danışıqlarda və bütün dünyada ticarət sazişlərinin əldə olunmasında yardım göstərəcək”. Tramp Qrinblattı etimad göstərdiyi ən yaxın müşavirlərindən biri hesab edir. “Onun çox ciddi sazişlər üzrə mənim adımdan danışıqlar aparmaq təcrübəsi var. O, həmçinin tərəflərlə razılıq etməyi və mürəkkəb məsələlər üzrə konsensusa nail olmağı bacarır”, - deyə Tramp qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top