Səhiyyə naziri də təsdiqlədi – Ermənistanda kütləvi fərarilik var


Ermənistanda ümumi səfərbərlik çərçivəsində orduya çağırılan şəxslər yenidən koronavirusa görə test ediləcəklər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə nazirinin müavini Artyom Smbatyan “Facebook” səhifəsində yazıb.
Artyom Smbatyan koronavirus testləri götürən özəl laboratoriyaları qanunsuz fəaliyyətdən çəkinməyə çağırıb. Səhiyyə nazirinin müavini bildirib ki, hərbi çağırışçılara özəl laboratoriyalardan verilən test cavablarını müsbət olsa belə, onlar təkrar test olunacaqlar. 
Qeyd edək ki, bu yaxınlarda Ermənistan Milli Təhlükəsizlik Xidməti İrəvandakı xəstəxanaların birində əməliyyat keçirib. Əməliyyat zamanı səfərbərliyə çağırılan əsgərlərə saxta “COVİD-19” arayışı verən həkim saxlanılıb. 
Bildirilib ki, səfərbərliyə çağırılan əsgərlərdən 1000-2000 dollar rüşvət alan həkim onlara saxta arayışlar verib. Son günlər Ermənistanda koronovirusa yoluxan xəstələrin sayının kəskin şəkildə artmasında bu cür saxta arayışların verilməsi həlledici olub. Bu həm də onu göstərir ki, Ermənistanda gənclər hərbi xidmətdən yayınmaq üçün bu cür üsullara əl atmağa başlayıblar.
Ermənistan Milli Təhlükəsizlik Xidməti isə yaydığı məlumatda erməni gəncləri vətəni qorumaq üçün müqəddəs missiyanı yerinə yetirməyə, xəstəlikləri simulyasiya edərək hərbi xidmətdən qaçmaq və ya müxtəlif hiyləgərlik göstərməkdən çəkinməyə çağırır.

DİGƏR XƏBƏRLƏR

Top